Maşının kondisionerinə harada gəldi qaz vurdurmayın - SƏBƏB? - VİDEO
Avtosfer TV
30 May 2020 00:02
Avtomobil kondisionerinə qulluq necə aparılmalıdır?
Havaların isinməsi avtomobil kondisionerlərinə qulluq məsələsini aktuallaşdırıb. Artıq əksər sürücülər kondisioneri işlək vəziyyətə gətirmək üçün ustalara üz tutmağa başlayıblar. Avtosfer.az-ın məlumatına görə, mütəxəssislər tövsiyə edir ki, sürücülər harada gəldi avtomobilin kondisionerinə qaz vurdurmasınlar. Xüsusi ilə tərəzi deyilən üsulla kondisionerə qaz vurdurmaq məsləhət deyil. Bu, kustar üsul sayılır və avtomobilin kondisioner sistemini tez sıradan çıxara bilər. İndiki dövrdə xüsusi avadanlıqlar vasitəsi ilə bu sistemə qulluq etmək lazımdır.
Usta Cavidan Muradov deyib ki, hər bir avtomobilin markası bu sistemdə qeyd edilir. Bundan sonra həmin avtomobilin kondisioner sisteminə nə qədər qazın və yağın lazım olduğu müəyyən edilir. Qazın 100 qramı isə 5 manata satılır.
Usta onu da qeyd edib ki, salonda olan filtirlərə də tez-tez qulluq edilməlidir. Həmin filtirlər ən azı ayda 1 dəfə təmizlənməli, 2 ildən bir isə dəyişdirilməlidir. Bu filtirlərin qiyməti isə 10-15 manat arasında dəyişir.
Oxunub : 4152
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 14:00
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
12 Noyabr 2026 13:30
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
11 Noyabr 2026 17:41
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
9 Noyabr 2026 19:00
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
6 Noyabr 2026 11:00
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
5 Noyabr 2026 10:30
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
4 Noyabr 2026 16:06
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
4 Noyabr 2026 14:53
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
4 Noyabr 2026 09:36
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
3 Noyabr 2026 11:30
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
3 Noyabr 2026 10:30
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
2 Noyabr 2026 13:30
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
ŞƏRH YAZ












