Saxta nömrəli maşınla "şou" göstərib qəza törədən sürücünün - VİDEOsu

İki gün əvvəl "AMAY" ticarət mərkəzinin qarşısında baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Xətai rayon sakini Elvin Habil oğlu İsmayılov "VAZ 2107" markalı avtomobilin arxa hissəsinə "KİA Sportage" markalı maşına məxsus dövlət nömrə nişanı vurub. Avtomobilin ön hissəsində isə nömrə olmayıb. Sürücü hərəkətdə olan zaman yol polisi əməkdaşlarının saxla idarəsinə tabe olmayıb. Yolda təhlükəli manevrlər edib və daha sonra nəqliyyat axınına qarşı hərəkət edir. Nobel prospektində isə "Mercedes" markalı avtomobil ilə toqquşur. Maşından düşüb qaçmağa cəhd edən zaman isə polis əməkdaşları tərəfindən saxlanılır. Avtomobil qaçırma, narkotik vasitələrdən istifadə və avtoxuliqanlıq edən sürücü Xətai rayon Məhkəməsinin qərarı ilə 30 gün müddətində inzibati həbs olunub və 1 il sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, sürücü əvvəllər də xuliqanlıq etdiyi üçün məhkumluq həyatı yaşayıb.
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












