Polisin “Saxla” əmrinə tabe olmayaraq qaçan sürücünün törətdiyi dəhşətli qəzanın – ANBAAN VİDEOsu

Sentyabrın 21-də Rusiyanın İrkutsk əyalətində polisin “Saxla” əmrinə tabe olmayaraq təqibdən qaçan sürücünün törətdiyi dəhşətli yol qəzasının görüntüləri təhlükəsizlik kamerasının obyektivinə düşüb. Avtosfer.az xəbər verir ki, hadisə P255 “Sibir” trasının Usolısk rayonu ərazisində baş verib.
Məlumata görə, təqibdən qaçan sürücü, idarə etdiyi “Toyota Cresta” markalı avtomobillə, yol kənarına çıxaraq ötmə əməliyyatını yerinə yetirən zaman, qəfildən sükan idarəetməsini itirib və hərəkətin əks istiqamətinə çıxaraq qarşıdan gələn “Mercedes” markalı TIR-la toqquşub.
Zərbənin şiddətindən minik avtomobili iki hissəyə bölünüb.
Qəza nəticəsində 5 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Yük maşınının sürücüsü isə qəzanı yüngül sıyrıqlarla sovuşdurub.
Qeyd edək ki, dünyasını dəyişənlərin hamısı minik avtomobilində olan sürücü və sərnişinlərdir.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












