Vəsiqəsi əlindən alınan sürücü 2 nəfərin ölümünə səbəb oldu - VİDEO

Başqırdıstanın Ufa şəhərində 6 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə “Soçin” küçəsində qeydə alınıb.
Məlumata görə, 38 yaşlı şəhər sakini idarə etdiyi “Toyota LC 200” markalı avtomobillə, hərəkətdə olarkən yolun əks istiqamətinə keçərək “VAZ-2109” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Toyota” daha 4 avtomobilə dəyib – “Hyundai Elantra”, “VAZ-2115”, “Renault Kaptur” və “Audi A6”.
Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Bildirilir ki, “Toyota”nın sürücüsü bu ilin yanvar ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə, sürücülük vəsiqəsindən məhrum edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












