Qalmaqallı eks-deputat bu dəfə “Bentley” ilə dirəyə girdi - FOTO + VİDEO

Rusiyada keçmiş deputat Rifat Arifulin qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, insident aprelin 20-də gecə saatlarında Moskva ətrafı Orexovo-Zuevo şəhərində qeydə alınıb. Bu barədə "RenTV” telekanalı məlumat yayıb.
Məlumata görə, eks-deputat idarə etdiyi “Bentley” markalı avtomobillə, Barışnikov küçəsində hərəkətdə olan zaman sükan idarəetməsini itirib və nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb.
Bildirilir ki, Rifat Arifulin sükan arxasında sərxoş vəziyyətdə olub. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Rifat Arifulin Orexovo-Zuevo şəhər dairəsinin deputatı olub və bu mandatdan 2018-ci ilin qışında alt paltarında içkili halda, əlində tapança ilə küçədə qaçaraq vətəndaşları qorxutduğu üçün uzaqlaşdırılıb.
Namiq Musayev

Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












