Ünvan soruşmaq bəhanəsi ilə qadına yaxınlaşıb çantasını oğurladılar - VİDEO

Türkiyənin İstanbul şəhərində ünvan soruşmaq bəhanəsi ilə bir xarici vətəndaş olan qadına yaxınlaşaraq çantasını oğurlayan avtomobilli şəxslərin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Esenyurt rayonunda baş verib.
Kadrlarda, yolun hərəkət hissəsində bir qadının irəliləyərək qarşı tərəfə keçmək istədiyi və bu zaman onun yanına gümüş rəngli bir avtomobilin yaxınlaşdığı görülür. Bu arada maşının arxa kreslosunda əyləşən şəxs onun çantasından tutaraq çəkir, qadın isə çantanı buraxmamaq üçün müqavimət göstərir. Ardınca sürücü avtomobili hərkət etdirir və çantadan bərk yapışan qadın sürüklənməyə başlayır. Bir müddət sonra isə cinayətkarlar hadisə yerindən yayınmağa müvvəfəq olurlar.
Agentliyin xəbərinə görə, qadın daha sonra insidentlə bağlı polisə müraciət edib. Asayiş keşikçiləri isə, şəhər təhlükəsizlik kameralarını araşdıraraq, 4 nəfərdən ibarət olan cinayət dəstəni yaxalayıb. Hazırda faktla əlaqədar araşdırmalar davam etdirilir.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












