Qayda pozan sürücü 1 nəfəri öldürdü, 5-ni isə xəstəxanalıq etdi - VİDEO

Rusiyanın Arxangelsk şəhərində 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, qəza Lenin küçəsində qeydə alınıb.
Kadrlarda, “Renault Logan” markalı avtomobilin hərəkətdə olduğu, bu zaman ona yol verməli olduğu halda qaydalara riayət etmədiyi və ikinci dərəcəli yoldan əsas yola çıxan “Volkswagen Transporter”in “Logan”a yan arxa hissədən çırpıldığı görülür. Zərbənin təsirindən “Renault”ın idarəetməsini itirən sürücü hərəkətin əks zolağına keçərək qarşıdan gələn “Nissan Juke”la toqquşur.
Yerli KİV-nin məlumatına görə, hadisə nəticəsində “Logan”ın 41 yaşlı qadın sərnişini hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı, 18 yaşlı qızı və 9 yaşlı oğlu, həmçinin “Nissan”da olan daha 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhər xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalar aparılır.
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












