Qəzaya düşüb xəsarət aldılar, "Qala" sığorta özbaşınalıq edərək zərəri ödəmir - VİDEO

Tovuz rayonunda qəzaya düşüb xəsarət alan sürücü sığorta şirkətindən dəymiş ziyanı ala bilməməsi ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb. Sürücü Vüqar Hüseynov Avtosfer.az">Avtosfer.az-a etdiyi müraciətdə bildirir ki, avqustun 18-də idarə etdiyi 60-BM-782 qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə Tovuz rayonu ərazisinə hərəkət edərkən digər avtomobillə toqquşub. Hadisə nəticəsində sürücünün qabırğası çatlayıb, sərnişinin isə əli qırılıb. Polis əməkdaşları yol nəqliyyat hadisəsini qeydə alıb rəsmiləşdirsə də, "Qala" sığorta şirkəti nə avtomobili təmir edir, nə də xəsarət almış şəxslərin tibbi təminatlarını qarşılayır.
"Qala sığorta şirkətinin sentyabrın 6-da mənə göndərdiyi rəsmi cavab məktubunda dəymiş ziyan 2000 manat qeyd edilib. Faktiki olaraq isə avtomobilə dəymiş ziyan müstəqil ekspert rəyinə əsasən 3879 manatdır.
Qeyd etmək istəyirəm ki, avtomobil hal-hazırda qəzalı vəziyyətdə həyətimizdədir və dəyən ziyanın hesablanması üçün "Qala" sığorta şirkəti tərəfdən heç kim avtomobilə baxış keçirməyib. Belə olan halda dəymiş ziyanın 2000 manat olmasını "Qala" sığorta şirkəti necə hesablayıb?"
Sürücü V.Hüseynov bildirir ki, avtomobilin sığorta şirkəti tərəfindən təmir edilməsini və bədən xəsarətinə görə tibbi təminat üçün pul ayrılmasını istəsə də, onun şikayətinə baxan yoxdur.
Ümid edirik ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürərək sürücünün problemini tez bir zamanda həll edəcək.
Təbriz
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












