"Qorxmuyun blət" deyərək "avtoşluq" edən sürücü həbs edildi - VİDEO - FOTO

Bakıda avtoxuliqanlıq edərək qaydaları pozan sürücü həbs edilib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Səbuhi İsayev özünə məxsus 10 ON 906 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil ilə şəhərin mərkəzi küçələrində təhlükəli manevrlər edib. Eyni zamanda bu hərəkətini videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.
Qeyd edək ki, sürücü kobud qayda pozuntularına yol verdiyi üçün Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şöbə rəisi, polis polkovnik-leytenantı Qara Abdullayev Avtosfer.az-a bildirib ki, sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nəsimi rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Səbuhi İsayevin sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs olunub.
Şöbə rəisi onu da əlavə edib ki, sürücülərin bu cür hərəkətlərə yol verməsi acı sonluqla nəticələnə bilər. "Bəziləri bu cür təhlükəli hərəkətlər edərək sosial şəbəkələrdə paylaşır. Amma nəzərə alın ki, yol polisi həm sosial şəbəkələrdə yayılmış görüntüləri, eyni zamanda "Təhlükəsiz şəhər" kameralarının görüntülərini ciddi şəkildə araşdırır. Müvafiq qayda pozuntuları dərhal aşkarlanır və sürücülər cəzasını alır."
Videonu təqdim edirik:
Musa
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO










