Şəhidin evinə gedən yol bərbad vəziyyətdədir: Məmurlar söz verir amma... - VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozu adlanan ərazidə yaşayan sakinlər yollarının bərbad vəziyyətdə olmasından şikayətçidir. Avtosfer.az-a müraciət edən sakinlər bildirir ki, xalq arasında “sağa gedən yol” kimi tanınan yol keçilməz olub. Xüsusilə qış aylarında yağıntı olan kimi günlərlə insanlar əziyyət çəkir.
Sakinlər deyir ki, küçədə Vətən müharibəsində iştirak edərək şəhid və qazi olanlar var. Hətta yaxınlarda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı və rayon rəhbərliyi şəhid ailəsinə baş çəkən zaman yolun vəziyyəti ilə əyani olaraq tanış olublar. Vəd verilib ki, şəhidin 7 mərasiminə qədər yol təmir olunacaq. Amma hələ ki, səs-soraq yoxdur. Şikayətçilər bildirir ki, təcili yardım çağıranda belə maşın gələ bilmir. İllərdir ki, bu acınacaqlı vəziyyət davam edir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq yol ilə maraqlanan yoxdur. Küçənin adı belə olmadığı üçün ünvan da bilinmir. Sakinlərölkə rəhbərliyin müraciət edərək yolun təmir olunmasını, küçəyə şəhidin adının verilməsini xahiş edirlər.
Ətraflı videomaterialda:
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












