"Citynet" şirkəti müştəriləri aldadır? - Pul ödənilib, internet yoxdur - FOTO - VİDEO

Oxucu Xəyyam Mənsimov “Citynet” internet şirkəti ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb. O bildirir ki, yaşadığı ünvanda “Citynet” internet provayderindən istifadə edir, lakin mütəmadi olaraq internetlə bağlı problemlər yaşayır. Bir neçə dəfə həmin şirkətə və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rəsmi şikayət ünvanlasa da internet üzərində yaranmış problem aradan qaldırılmayıb.
Oxucumuzun şikayətini oldğu kimi təqdim edirik: “Yaşadığım Abşeron r-nu İstiqlaliyyət küçəsi ev 46-da “Citynet” internet provayderinin istifadəçisiyəm. Mütəmadi olaraq internetin verilməsində problemlər oduğu üçün “Citynet”in qaynar xətti olan *1177-ilə əlaqə saxlayıb iradıımı bildirməyimə baxmayaraq, edilən zənglərə cavab verən opratorlar məsələnin həlli kimi yalnız modemin elektrik yuvasından ayırıb yenidən birləşdirin cavabı ilə müxtəlif bəhanəli həll yolları ilə məsələdən sıyrılıb çıxırlar. Təkrar zəng vurub məsələnin həll olunmadığını bildirdikdə isə “ola bilər ki, o ərazidə problemlər var” cavabı ilə qarşılaşırıq. Bir sözlə məsuliyyətsiz iş sərgiləyirlər ki, bu da nəticə etibarı ilə əsəb korlanması və onlayn sistemə keçilən bir vaxtda bu sistemin nəticə vermədiyinin şahidi oluruq. Halbuki internetin aylıq ödəmə müddətindən 5-dəqiqə artıq internet verilmir, dərhal kəsilir”.
Xəyyam Mənsimovun internetdə yaranmış problem haqqında çəkdiyi videonu və rəsmi müraciətlərinin cavabını təqdim edirik:
Təbriz

Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












