Sürücülük vəsiqəsinin verilməsi qaydaları sərtləşdirildi - kimlər vəsiqəsiz qalacaq? - VİDEO

Avtomobil sürmək hər kəsin arzusu ola bilər, amma sürücülük vəsiqəsi almaq heç də hamıya nəsib olmur. Türkiyədə 2016-ci ildən sonra sücürülük vəsiqəsi almaq çox çətinləşib. Belə ki, qanuna əlavə olunan dəyişikliklər yollarda avtomobili daha sağlam sürücülərin idarə etməsi üçündür. Əbəs yerə deyil ki, bu ölkədə “trafik canavarı” deyimi çox istifadə olunur. Çünki yollarda kiçik bir problemə görə can alanlar, silahla adam yaralayanlar və ya əlbəyaxa dalaşanlar həddindən artıq çoxdur. Yeni qanunlar elə məhz bu halları aradan qaldırmaq üçün yaradılıb. Ağlı yerində olmayan sürücü yollarda təhlükəli bir canavara çevilir.

Avtosfer.az sizə bu qanunları təqdim edir.
Türkiyədə zəka geriliyi və İQ səviyyəsi 79%-dan az olanlarlar sürücülük vəsiqəsi ala bilmir.

Bununla yanaşı ağlını itirənlər, diqqəti, düşüncəni, duyğu və həyəcanı pozan bir xəstəliyi və ya buna səbəb ola biləcək dərmanlardan istifadə edənlər də bu siyahıya aiddir. Narkotiq və içki aludəçiləri və ya tez-tez bu kimi maddələrdən istifadə edənlər, içkili halda avtomobil idarə etməyi vərdiş halına gətirənləri də qanunvericilik yollardan uzaq tutmaq qərarına gəlib.

Mərkəzi sinir sistemi ilə bağlı doğuşdan və ya əməliyyatlardan sonra yaranmış fəsadlar (koordinasiya, tarazlıq, diqqəti toplaya bilməmək) vətəndaşın avtomobil idarə etməsinə maneə olduğu təqdirdə o sürücülük vəsiqəsi əldə edə bilmir.
Çox təqdirə layiq haldır ki, bu ölkədə orta məktəbi bitirməyənlər də avtomobil idarə edə bilməz.
Hər iki gözü 120 dərəcədən az görənlər vəsiqə ala bilməsə də, tək gözü yaxşı vəziyyətdə olanların sürücülüyünə icazə verilir.

Orqan çatışmazlığı, mualicə oluna bilməyən baş fırlanması, eşitmə əngəli olanlar da avtomlobil idarə edə bilməz.
Bu qeyd olunan problemlərdən hər hansı birinə sahib olan Türkiyə vətəndaşı müvafiq orqanlara müraciət etsə belə ona vəsiqə verilmir.
Əgər sürücü vəsiqə alan zaman bu xəstəliklərə sahib deyildisə və bu kimi hallar sonradan yaranıbsa, vəsiqəsini yeniləyən zaman ona yenisi verilmir.
Aysel
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












