"Tələsirəm" deyib qayda pozanlara DYP-dən ÇAĞIRIŞ: Sonu ya ölüm, ya da peşmanlıqdır - VİDEO

Sürücülərin törətdikləri müxtəlif qayda pozuntuları ağır nəticələrə səbəb ola bilir.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial şəbəkə hesabında paylaşım edib. Görüntüdən aydın olduğu kimi, sürücü ən sıx rast gəlinən xətaları törədərək qəza şəraiti yaradır. Belə ki, o, el arasında “ara işləmək” kimi səslənən zolaqlar arası keçid edir, üstəlik yüksək sürətlə hərəkət edir. Təəssüf ki, bu qaydanı pozan sürücülər vaxtlarına qənaət etdiklərini düşünürlər. Bir qismi isə sadəcə “performans”larını kütlə ilə paylaşmaq üçün lentə alaraq sosial şəbəkələrdə paylaşırlar.
Yolayrıcında işıqforu gözləmədən hərəkət edən sürücülər də kifayət qədərdir. Son zamanlar yolayrıcında baş vermiş qəzaların sayı artıb. Bir neçə saniyəyə səbri çatmayan sürücülər tələsərək yolayrıcına daxil olurlar və bu zaman qəza qaçılmaz olur.
Videoda əks olunan digər kadrda isə piyadanın vurulması əks olunub. Diqqətsizlik, işıqfora əhəmiyyət verməmək, keçid olan ərazilərdə sürət həddini aşmaq piyadaların xəsarət alması, ən pis halda ölümüylə nəticələnir. Təbii ki, piyadaların məsuliyyətsizliyi və tələskənliyi də bəzən qəzaya səbəb olur. İstənilən halda sükan arxasında əyləşən sürücü diqqətli davranmalı və baş verə biləcək qəzadan sığortalanmaq üçün yol hərəkəti qaydalarına riayət etməlidir. Elə videoda da deyildiyi kimi, sürücülər yolda başqalarını da düşünməli, onların həyatını təhlükəyə atmamalıdırlar.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












