Velosiped sürən uşağı avtobus belə vurdu - BAKIDA - REAL VİDEO

Xüsusilə yay aylarında velosipedlə baş verən yol qəzalarının sayı artır. Yolun hərəkət hissəsində velosiped sürənləri bir çox hallarda avtomobillər vurur. Avtosfer.az bu dəfə iki fərqli qəza barəsində video təqdim edir.
Birinci qəzada velosipedçi yolayrıcını keçməyə çalışır. Bu zaman qarşı tərəfdən gələn avtomobil onu vurur. Xoşbəxtlikdən avtomobil velosipedə daha çox dəydiyi üçün onu idarə edən gənc sağ qalır. Ətrafdakı insanların köməyi ilə o, xəstəxanaya çatdırılır.
İkinci hadisə isə ölümlə nəticələnir. Yolun hərəkət hissəsinə çıxan velosipedçi uşağı avtobus sürücüsü yəqin ki, görmür. Nəticədə uşaq yüksək sürətlə gələn avtobusun altında qalaraq həyatını itirir.
Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, velosiped idarə edənlər üçün ayrılmış zolaqlar olmalıdır. “Düzdür, Bakı Nəqliyyat Ağentliyi bu istiqamətdə işlər aparır. Amma görünən odur ki, bu qəzalar hələ çox baş verəcək. Çünki burada insan məsuliyyəti də önəmlidir. Məsələn, elə birinci qəzada gənc qəfildən yola çıxır. Yolayrıcının tamamilə boş olduğuna əmin olmadan çıxdığı üçün vurulur. İkinci qəza isə ehtiyyatsızlıqdan irəli gəlir. Həm velosipedi sürən uşaq, həm də avtobus sürücüsü ehtiyatsızlıq edir. Nəticədə bir uşaq həyatını itirir, bir ailə gözüyaşlı qalır, bir sürücü isə həbsə gedir. Bunların olmaması üçün təhlükəsizlik qaydarına ciddi əməl etmək lazımdır”.
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












