Xaçmazın bataqlığı xatırladan bərbad yolları - FOTO - VİDEO

Xaçmaz rayon sakinləri kənd yollarının bərbad vəziyyətdə olmasından şikayətçidir.
Bu barədə kənd sakinləri məlumat verib.
Onlar iddia edir ki, söhbət Xudat şəhərini, Bostançı və Dədəli kəndlərini birləşdirən yoldan gedir:
“Sadalanan bu kəndləri birləşdirən yollar yaman gündədir. Bu qədər kənd əhalisinin hər biri bu problemdən əziyyət çəkir. Bostançı kəndi Xaçmaz rayonunun ən qədim dörd kəndindən biridir. Sovet dövründən bu günə qədər yolların bərpası üçün aidiyyəti qurumlara çoxsaylı şikayətlər edilsə də tədbir görülməyib.
Heç bir rayonda bu vəziyyətdə olan kənd yolları yoxdur. İcra hakimiyyətinə də bununla bağlı müraciət etmişik, gəliblər, baxıblar. Bir müddət yollara daş tökdülər, amma o da bir il qaldı. Sonra yenidən hər şey bərbad hala düşdü. Lakin biz də bilirik ki, bu işlərin mərhələli şəkildə aparılması təkcə icra hakimiyyətindən asılı olan iş deyil. Bütün hallarda bizim məqsədimiz bataqlığı xatırladan kənd yollarının bərpa olunmasıdır. Uşaqlar hər gün bu yollarla məktəbə gedir. Əziyyət çəkirik. Xahiş edirik bu problemin həlli üçün ciddi tədbirlər görülsün”.
Sakinlərin sözlərinə görə, yollar o qədər bərbad haldadır ki, biri xəstələnəndə təcili tibbi yardım maşını gəlib kəndə çata bilmir.
“Yağış yağanda yollar daha da bərbad hala düşür. Bostançı kəndində 400-ə qədər ev, 1 500 nəfərə yaxın sakin var. Aidiyyəti qurumlardan bu problemin həll etməsini rica edirik”,-deyə müraciətdə qeyd olunub.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












