Yeni BMW 2 Series Active Tourer modeli iri displeyə sahib olacaq - FOTO

2014-cü ildə təqdim edilmiş 2 Series Active Tourer kompaktvenləri ön ötürmə ilə təchiz edilmiş ilk BMW avtomobilləri olublar. Kompaktvenlərin həyat dövrünü sona çatır və onların əldə etdiyi cüzi satış rəqəmlərinə baxmayaraq, alman istehsalçısı onların növbəti nəslini hazırlamaq qərarına gəlib.
Yeni modellərin prototipləri artıq ümumi istifadə yollarında sınaqlardan keçirilir və casusların obyektivlərinə dəstə halında rast gəlməyə belə imkan tapıblar.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, yeni avtomobillərin dizaynı barədə mülahizə yeritmək hələlik mümkün deyil. Böyük ehtimalla, yeni Active Tourer modelləri hazırki nisbətlərini qoruyub-saxlayacaqdırlar. Bununla belə, kuzovun ön hissəsi bir qədər uzun olacaq, avtomobilin profili isə formasını dəyişəcəkdir.
Modelin interyeri tamamilə yenidən işlənəcəkdir. Cihazlar panelinin yerini multimedia sisteminin ekranı ilə vizual olaraq birləşdirilmiş genişformatlı displey tutacaqdır. Fiziki düymələrin olmaması, işlərin davam etdiyindən xəbər verir. İstənilən halda, audiosistemin və klimat-kontrolun idarə edilməsi multimedia sisteminin sensorlu displeyi vasitəsi ilə həyata keçiriləcəkdir.
Yeni modellərin mühərrik çeşidi və debüt tarixi barədə rəsmi məlumat verilməyib. Çox güman ki, yeni nəsil BMW 2 Series Active Tourer modellərinin mühərrik çeşidinə benzin və dizel mühərrikləri, həmçinin hibrid güc qurğuları daxil ediləcəkdirlər.
Yeni kompaktvenin debütünü bu ilin sonuna qədər keçirmək nəzərdə tutulurdu. Lakin, pandemiya ucbatından təqdimat 2021-ci ilin əvvəlində baş tuta bilər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












