Bu küçədəki işıqfor görünməz haldadır - Hər an qəza baş verə bilər - FOTO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a bildirilib ki, əməkdaşlar paytaxt yollarında monitorinq aparıblar. Monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış 34 yolayırıcında olan svetoforların siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib.
***
Paytaxtın Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində işıqfor görünməz vəziyyətdədir.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Facebook” səhifəsinə fotoşəkil göndərib. Belə ki, sözügedən ərazidəki irigövdəli ağacın yarpaqları işıqforu görünməz hala salıb. Nəticədə yolayrıcına çatan sürücülər işıqfor obyektini görməkdə çətinlik çəkirlər. Svetofordan xəbərdar olan sürücülər yolayrıcına daxil olarkən ehtiyatlı davransalar da, küçəyə bələd olmayan hərəkət iştirakçıları üçün eyni halı qeyd etmək mümkün deyil. Onlar yarpaqların arasında gizlənmiş işıqforu ya son anda görürlər, ya da yolayrıcına girərək qəza şəraitinə səbəb olurlar.
Nərmin

Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO













