“Dayı”nın işi düyünə DÜŞÜB - Rüşvət almaqda ittiham edilir

N saylı hərbi hissənin Maliyyə xidmət bölməsinin mühasibi işləmiş Alı Əliyevin ibtidai istintaqı tamamlansa da, xeyli vaxtdır məhkəmənin başlaması uzanır.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, buna səbəb işin hansı məhkəmədə baxılmalı olduğunu aid etməyin mümkün olmamasıdır.
“Dayı” ləqəbi ilə tanınan müttəhimin vəkili Orxan Zeynalov hesab edir ki, bu işə hərbi məhkəmədə baxıla bilməz. Çünki müvəkkili mülki şəxsdir. Amma ilkin istintaqın sonunda müdafiəçinin fikri əsassız sayılıb və toplanmış materiallar Gəncə Hərbi Məhkəməsinə göndərilib.
Amma hərbi məhkəmə işi araşdırmaqdan imtina edib. O, əsasla ki, aidiyyət məsələsi pozulub. Bundan sonra Gəncə Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası təyin edilib.
Maraqlıdır ki, bu məhkəmə də işin onlara aid olmadığı qənaətinə gəlib.
Son qərar belə olub ki, Gəncə Hərbi Məhkəməsi ilə Gəncə Ağır Cinayətlər Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı yarandığından, məsələnin həlli üçün Gəncə Apellyasiya Məhkəməsinə müraciət edilsin.
İş materialları yuxarı instansiya məhkəməsinə göndərilib, məsələ həll olunana qədər “Dayı”nın həbsdə saxlanılmasına qərar verilib.
Qeyd edək ki, “Dayı” bu ilin martında həbs edilib. O, külli miqdarda rüşvət almaqda ittiham edilir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












