Hərəkətdə olan maşının qapısından sallaşıb rəqs edən sürücü yıxıldı - VİDEO

Türkiyənin Bolu şəhərində qeyri-adi hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, sürücü hərəkətdə olan avtomobilin qapısını açaraq musiqinin sədaları altında rəqs etməyə çalışıb.
Görüntülərdə avtomobilin yol hərəkəti zamanı dayanmadığı, sürücünün isə özünü avtomobilin qapısından sallayaraq rəqs etdiyi aydın görünür. Məhz bu an ehtiyatsızlıq edən sürücü yıxılaraq asfalta çırpılıb və xəsarət alıb. Hadisə şahidlərinin məlumatına görə, yaralıya dərhal tibbi yardım göstərilib.
Bu görüntülər sosial mediada sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. Ekspertlər qeyd edirlər ki, bu cür davranışlar yol hərəkəti qaydalarının kobud pozuntusudur və həm sürücünün, həm də digər yol iştirakçılarının həyatını təhlükəyə atır.
Bu hadisə bir daha sübut edir ki, sükan arxasında diqqətsizlik və məsuliyyətsiz davranışın nəticələri çox ağır ola bilər.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












