Zabitlərin mənimsədiyi 143 milyondan cəmi 38 milyonu qaytarılıb

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin 1 ildən çoxdur davam edən məhkəmə istintaqı bu gün tamamlanıb.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bu iş üzrə dövlətə dəymiş ziyandan nə qədər ödənildiyi elan edilib.
DTX-nin məktubunda qeyd edilib ki, Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidən bütün təqsirləndirilən şəxslər tərəfindən cəmi 38 milyon 664 min manat ödənilib.
Bunun 12 milyon 203 min manatını Nizami Məmmədov, 110 min manatı Cəlal Kazımov, 101 min manatı isə Vüsal Əlizadə tərəfindən ödənilib. Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanın ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub.
Buraya həm ibtidai, həm də məhkəmə istintaqı vaxtı qaytarılan pullar daxilir. Məsələn, general Məmmədov 12 milyon 203 mini ibtidai istintaq vaxtı qaytarmışdı.
Amma generalın vəkili deyir ki, müvəkkilinin rəisi işlədiyi Maliyyə və Büdcə İdarəsinin mühasibi Akif Umudov onun adından 210 min manat ödəniş edib. Amma həmin məbləğ qeydə alınmayıb.
Fikrət Əliyevin sədrlik etdiyi hakimlər vəkilin etirazına münasibət bildirməyib.
Bundan sonra məhkəmə istintaqı tamamlanıb. Çıxış üçün dövlət ittihamçısına söz verilib. Amma o, çıxış etmək üçün vaxt istəyib.
Dövlət ittihamçının israrından sonra çıxışlar mərhələsi 1 həftəlik təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin sabiq rəisləri - polkovniklər - Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə hər biri həbsdə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO
Tümen–Bakı reysi ilə uçan təyyarə məcburi eniş ETDİ
Ağdaşda VAZ su kanalına düşdü
Bakıda müğənnini küçədə DÖYDÜLƏR - FOTO
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü - VİDEO
“Zavodda görüşdük, sonra malı göndərmədilər” – VƏTƏNDAŞDAN ŞİKAYƏT - FOTO
Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ










