Abituriyentlər üçün MÜHÜM XƏBƏR: II və III qruplar üzrə plan yerləri AÇIQLANDI

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə II və III ixtisas qrupları üzrə dövlət sifarişi ilə ayrılmış plan yerlərinin sayı məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat "Abituriyent" jurnalının 4-cü sayında əks olunub.
Bildirilib ki, II ixtisas qrupu üzrə ümumilikdə 4 185 dövlət sifarişli plan yeri ayrılıb. Ən çox dövlət sifarişli plan yeri İqtisadiyyat (680), Turizm işinin təşkili (550), Maliyyə (550) və Mühasibat (500) ixtisasları üzrə ayrılıb. Marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi, turizm işinin təşkili, mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.
Məlumata görə, III ixtisas qrupu üzrə ümumilikdə 4 218 dövlət sifarişli plan yeri ayrılıb. Ən çox dövlət sifarişli plan yeri hüquqşünaslıq (600) və xarici dil müəllimliyi (460) ixtisasları üzrə, ən az dövlət sifarişli plan yeri isə ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisası üzrə ayrılıb. Bu ixtisas üzrə cəmi 25 dövlət sifarişli yer nəzərdə tutulub. Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Qeyd edilib ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır. Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) "Tərcümə (dillər üzrə)", "Filologiya (xarici dil və ədəbiyyat üzrə)", "Xarici dil müəllimliyi (dillər üzrə)" və "Beynəlxalq münasibətlər" ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
Regionşünaslıq (regionlar üzrə) Muzey, arxiv işi və abidələrin qorunması, sosial iş, ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.
Masazırda bitməyən yol problemi: "Qurumlar deyirlər ki, pul yoxdur" - VİDEO
Bakının bir sıra küçələrində hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ
Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı - AÇIQLAMA - FOTO
İcra başçısının nümayəndəsi rəis TƏYİN EDİLDİ
"Yol 60-cı illərdə çəkilib, baxan yoxdur" - Qobustan sakinləri çətin vəziyyətdə qalıblar - VİDEO
Hava ilə bağlı SARI XƏBƏRDARLIQ
Polis istirahət zonalarını nəzarətə götürüb: Xidmət bu cür təşkil olunur - FOTO
Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq
Abel Məhərrəmovun səfir oğlu GERİ ÇAĞIRILDI
Bakıda altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü CƏZALANDIRILDI - VİDEO










