"Arzum"un cinayət işi təkrar ekspertizaya göndərildi

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın vəkili Hikmət Əliyev bu gün keçirilən məhkəmə prosesindən sonra jurnalistlərə açıqlama verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Hikmət Əliyev məhkəmə iclasında əlavə şahidin ifadə verdiyini, həmçinin yenidən kompleks ekspertizanın təyin edilməsi ilə bağlı vəkillərin vəsatətinin təmin olunduğunu açıqlayıb.
"Şahid bildirdi ki, həmin hadisədən sonra (avtoqəza - red.) İlduzə Hacıyeva ərazidən qaçmayıb. İ.Hacıyeva huşunu itirdiyinə görə həmin şahid öz avtomobili ilə onu əvvəlcə xəstəxanaya, orada tibbi yardım göstərildikdən sonra isə xanımın yaşadığı mənzilə aparıb.
Bundan əlavə, tərəfimizdən təkrar kompleks ekspertizanın keçirilməsi barədə vəsatətlər verildi. Tam şəkildə araşdırıldı və zəruriliyi bildirildi. Məhkəmə tərəfindən həmin vəsatətlər təmin edildi", - H.Əliyev deyib.
O əlavə edib ki, obyektiv araşdırma davam etdirilir.
***14:16
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyeva apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə İlduzə Hacıyevanin vəkilləri Hikmət Əliyev və Fərid Həsənov hadisə yerindən Arzumun xəstəxanaya aparan İlham İbrahimovun əlavə şahid kimi ifadə verməsi ilə bağlı vəsatət verib və vəsatət təmin edilib.
Təqsirləndirilənin vəkillərinin sonuncu vəsatəti isə baş verən hadisə ilə bağlı yenidən kompleks ekspertizanın təyin edilməsi ilə bağlı olub.
İlkin ekspertiza zamanı araşdırılmayan xüsüsatların yenidən araşdırılması məqsədi ilə yenidən avtoekspertiza, videogörüntü ilə bağlı ekspertiza və trassaloji ekspertizanın yenidən keçirilməsi istənilib.
Müşavirədən sonra vəkillərin bu vəsatətləri də təmin edilib.
Məhkəmənin növbəti prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Apellyasiya Məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












