Azərbaycanda yeni CƏRİMƏLƏR müəyyənləşir - 7000 manata qədər

Kraudfandinq haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, kraudfandinq platformasının operatoru tərəfindən açıqlanmalı və ya dərc edilməli olan məlumatların açıqlanmamasına və ya dərc edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcəklər.
Kraudfandinq platformasının operatoru tərəfindən fəaliyyətinə dair hesabatların Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaqlar.
Kraudfandinq platformasının operatoru tərəfindən platformanın idarə edilməsi ilə əlaqədar saxlanılmalı məlumatların və sənədlərin saxlanılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcəklər.
Sənədə əsasən, kraudfandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən pul vəsaitlərinin idarə olunması qaydalarının pozulmasına görə - vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 7 000 manatadək məbləğdə cərimə olunurlar.
Kraudfandinq sahəsində kraudfandinq platformasının operatoru tərəfindən kraudfandinq kampaniyasının keçirilməsi qaydalarının pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun layihəsinə görə, "Valyuta tənzimi haqqında" Qanuna uyğun olaraq xaricə köçürmələrlə əlaqədar tələb olunan təsdiqedici sənədlərin (iştirak payının və ya səhmin əldə edilməsini təsdiq edən sənədin və qanunla nəzərdə tutulmuş digər sənədlərin) həmin Qanunla müəyyən edilmiş müddət daxilində müvəkkil banklara və ya qanunla nəzərdə tutulmuş hallarda Mərkəzi Banka təqdim edilməməsinə, yaxud həmin qanuna əsasən xaricdən Azərbaycana qaytarılmalı olan xarici valyuta vəsaitlərinin müəyyən edilmiş müddətlərdə müvəkkil banklardakı hesablara köçürülməməsinə görə fiziki şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 5%-dən 10%-dək məbləğdə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10%-dən 20%-dək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20%-dən 30%-dək məbləğdə cərimə ediləcəklər.
Sözügedən məsələ müzakirələrdən sonra ilk oxunuşda qəbul olunub.
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi












