Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Xəstəxanalıq oldu - YENİLƏNİB

“Sumqayıt” kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib.
Avtosfer.az xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda “Neftçi” ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib.
24 yaşlı oyunçu qapıya yumruq vurub. Nəticədə qapıdan qopan şüşələr onun ayağına düşüb və futbolçu ciddi zədə alıb.
Hazırda xəstəxanada olan S.Abdullazadə bu gün əməliyyat olunacaq. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib: “Səbuhinin zədəsi ciddidir. Onun ayağında kəsiklər var. Amma ilkin müayinə olunub və karyerası üçün heç bir təhlükə olmadığı bildirilib. Həkimlərin ilkin rəyi odur ki, əməliyyatdan sonra dəqiq nə zaman yaşıl meydanlara qayıdacağı bəlli olacaq”.
Qeyd edək ki, Səbuhi Abdullazadə “Neftçi” ilə matçın 74-cü dəqiqəsində rəqib oyunçu Breno Almeydaya qarşı etdiyi hərəkətə görə meydandan qovulub. Onun komandası 1:3 hesablı məğlubiyyətə uğrayıb.
***
“Sumqayıt” Səbuhi Abdullazadənin əməliyyatı ilə bağlı məlumat yayıb: “Sumqayıt” Futbol Klubunun əsas komandasının üzvü Səbuhi Abdullazadə əməliyyat olunub.
Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb. Futbolçumuz təxminən 5 ay sonra meydana dönə biləcək”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












