Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verdi

Bakcell müştəriləri üçün yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Samsung Galaxy A57 5G (8GB/256GB) modeli xüsusi şərtlərlə təqdim olunur.
Avtosfer.az xəbər verir ki, kampaniya müddətində müştərilər Samsung Galaxy A57 5G smartfonunu 24 aylıq hissəli ödəniş şərtləri ilə əldə edə bilərlər. Bu təklif çərçivəsində cihazın gündəlik ödənişi cəmi 1.55 AZN təşkil edir. Bundan əlavə, cihazı 24 aylıq hissəli ödənişlə əldə edən müştərilərə hər ay 2 GB hədiyyə internet təqdim olunur.
Samsung Galaxy A57 5G yüksək performansı və müasir dizaynı ilə gündəlik istifadə üçün bütün zəruri funksiyaları bir araya gətirir.
Abunəçilər 19 avqust tarixinədək Bakcell mağazalarında keçərli olan təklifdən yararlanmaq üçün ən yaxın Bakcell mağazasının ünvanı ilə link vasitəsilə tanış ola bilərlər.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












