Bakının mərkəzində yeni təhlükə – Sakinlər təxliyə oluna bilər

Xəbər verdiyimiz kimi, avqustun 9-da Bakının Xətai rayonunda yanacaq çənində güclü yanğın baş verib. Paytaxtın strateji ərazilərindən birində bu kimi yanacaq çənlərinin, boru xətlərinin, neft bazalarının, yanacaq depolarının və neft emalı zavodunun yerləşməsi ciddi təhlükə mənbəyi hesab olunur.
Bakıda yanacaq çənində baş verən yanğın nədən xəbər verir? Bu müəssisələrin şəhərdən kənara köçürülməsi ilə bağlı məsələ gündəmdə idi. Bəs hazırda bu istiqamətdə vəziyyət necədir?
Avtosfer.az xəbər verir ki , globalinfo.az-a danışan təhlükəsizlik eksperti Samir Nəbiyev deyib ki, Bakıda yanacaq çənində baş verən yanğını bir obyektin lokal problemi kimi qiymətləndirmək olmaz:
“Bu hadisə paytaxtda sıx yaşayış massivlərinə yaxın ərazilərdə yüksək təhlükəli neft-qaz infrastrukturunun yerləşməsinin yaratdığı texnogen riskləri yenidən gündəmə gətirir. Yanacaq çənləri, neft bazaları, magistral və texnoloji boru xətləri, depolar və neft emalı müəssisələri ilə bağlı risk yalnız yanğınla məhdudlaşmır. Burada zəncirvari yanğın, partlayış, toksik tüstünün yayılması və geniş ərazinin təxliyəsi zərurəti yarana bilər”.
Ekspert xatırladıb ki, vaxtilə belə sənaye obyektlərinin şəhərdən kənara çıxarılması məsələsi müzakirə olunurdu:
“Lakin hazırda açıq rəsmi məlumatlarda neft emalı zavodunun köçürülməsi istiqamətində konkret icra müddəti görünmür. Əsas istiqamət modernləşmədir. Bakı kimi əhalinin sıx yaşadığı ərazilərdə məsələ yenidən kompleks şəkildə qiymətləndirilməlidir”.
S.Nəbiyevin sözlərinə görə, burada iqtisadi maraqlardan əlavə, insan həyatı, şəhərin təhlükəsizliyi və fövqəladə hallara dayanıqlılıq əsas götürülməlidir:
“Əsas vacib nüansa da diqqət çəkək. Bütün neft emalı zavodlarının Bakıdan çıxarılmalı olduğunu demək də doğru olmazdı. Boru xətləri və strateji istehsalat infrastrukturu üzrə ayrıca kəmiyyət qiymətləndirilməsi aparılmalı, fərdi və sosial risk zonaları hesablanmalı, nəticəyə əsasən modernləşmə, əlavə mühafizə zonalarının yaradılması və digər qərarlar verilməlidir. Yəni məsələ emosional yox, risk hesablamalarına əsaslanan yanaşma ilə həllini tapmalıdır”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












