“Bank BTB”nin çevrildiyi BOKT borca düşdü, yeni rəhbər təyin edildi

“Bank BTB” ASC-nin təşkilati-hüquqi formasını və adını dəyişdirərək çevrildiyi “T-Kredit” MMC Bank Olmayan Kredit Təşkilatı (BOKT) dövlət qarşısında borca düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, yeni fəaliyyətə başlamış BOKT-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 21 540 manat vergi borcu yaranıb.
Xatırladaq ki, “Bank BTB” ötən ay öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək “T-Kredit” BOKT-yə çevrildiyini elan edib. Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə bankın müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə razılıq verilib. Bankın aktivləri və öhdəlikləri Azərbaycan Beynəlxalq Bankına ötürülüb.
Çevrilmədən sonra BOKT-yə Vüqar Rəfiyev rəhbər təyin edilib. O, bu təyinatadək bankın Maliyyə departamentinin direktoru vəzifəsində çalışıb.
Qeyd ki, “Bank BTB” 2010-cu ildə təsis edilib. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,58 %-i isə Tükəzban Mahmudovaya aiddir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












