Baş Prokurorluq sahibkarın əmlakının mənimsənilməsinə dair iddialarını TƏKZİB ETDİ

Son dövrlər vətəndaş Ağasəf İsmayılov tərəfindən müxtəlif media subyektlərində və sosial şəbəkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinin guya obyektiv araşdırılmaması və digər xüsusatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Avtosfer.az xəbər verir ki, Baş Prokurorluq bu iddiaların əsassız olması ilə bağlı açıqlama yayıb:
"Bununla əlaqədar bildiririk ki, sərnişindaşıma xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirən "Magna trans" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmtəsisçisi Ağasəf İslam oğlu İsmayılovun digər təsisçilər tərəfindən cəmiyyətin əmlaklarının onun məlumatı olmadan satılması və əldə olunan pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətləri əsasında şirkətin fəaliyyəti ilə bağlı cinayət işi başlanılaraq hərtərəfli və obyektiv ibtidai istintaq aparılıb.
Araşdırmalar zamanı, eləcə də müxtəlif instansiya məhkəmələrinin qərarları ilə müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisələr hüquqi şəxsin təsisçiləri arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mülki-kommersiya münasibətlərinə aid olub. Cinayət işi çərçivəsində təyin edilmiş vergi yoxlaması zamanı da hər hansı qanun pozuntusu aşkar edilməyib.
Toplanmış sübutların məcmusuna əsasən cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işi üzrə icraata qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib. Həmçinin, Ağasəf İsmayılovun avtobusların oğurlanması barədə müraciəti üzrə aparılmış araşdırma zamanı da iddialar öz təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilib.
Buna baxmayaraq, Ağasəf İsmayılov eyni məzmunlu iddiaları müxtəlif platformalarda təkrar səsləndirməyə davam edib.
Baş Prokurorluq vətəndaş Ağasəf İsmayılov tərəfindən yayılan qeyd olunan məlumatların həqiqəti əks etdirmədiyini bildirərək media subyektlərini və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinməyə çağırır".
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR










