Çində məmur ölüm cəzasına məhkum edildi

Çində məhkəmə Çin Kommunist Partiyasının Hubey əyaləti komitəsinin keçmiş katibi Tszyan Çaolyanı 746 milyon yuandan (111 milyon dollar) çox rüşvət aldığına görə möhlət hüququ ilə ölüm cəzasına məhkum edib.
Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin qərarında məlumat verilib.
Məlumata görə, məhkəmə məmurun istintaqla əməkdaşlıq etdiyini nəzərə alaraq ona nisbətən yüngül cəza təyin edib. İki illik möhlət müddətindən sonra məmur Çin qanunvericiliyində müəyyən edilmiş şərtlərə əməl edərsə, ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunacaq.
Çində möhlət hüququ ilə ölüm cəzası hökmün dərhal icra edilməsi demək deyil.
Qeyd edək ki, Tszyan Çaolyan 1995-2025-ci illər ərzində Çin banklarında, eləcə də Tszilin və Hubey əyalətlərinin partiya strukturlarında bir neçə rəhbər vəzifədə çalışıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












