“David Seliverstov” görün kimin kürəkəni imiş?

Xəbər verdiyimiz kimi, özünü yəhudi əsilli beynəlxalq hüquq müdafiəçisi kimi təqdim edən və “David Seliverstov” adı ilə tanınan şəxsin əsl adının Kazım Elşən oğlu Abbasov olduğu bildirilir. Onun əvvəllər bir neçə dəfə məhkum edildiyi, illər ərzində ölkənin ictimai-siyasi dairələri, media qurumları və yəhudi təşkilatları ilə əlaqələr qurduğu iddia olunur.
Kazım Abbasov 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra Xəzər Rayon Prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.2-ci (saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Həmin iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrum edilib və 3500 manat cərimə olunub.
Onun daha sonra Azərbaycanı tərk etdiyi də bildirilir.
Avtosfer.az xəbər verir ki, Gununsesi.info-nun apardığı araşdırma zamanı məlum olub ki, “David Seliverstov” adı ilə tanınan Kazım Abbasov professor Qəzənfər Paşayevin qızı, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevanın həyat yoldaşıdır.
Qeyd edək ki, Təranə Paşayeva mərhum deputat Qənirə Paşayevanın əmisi qızıdır.
Onu da qeyd edək ki, “David Seliverstov” adı ilə çıxış edən şəxs özünü müxtəlif beynəlxalq hüquq müdafiə qurumlarının nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi təqdim edib. O, Azərbaycan–İsrail münasibətlərinə dair tədbirlərdə iştirak edib və ictimai-siyasi dairələrdə müxtəlif əlaqələr qurmağa çalışıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












