FHN daha bir təlim keçirdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “Ağır yol-nəqliyyat və suda boğulma hadisəsinin nəticələrinin aradan qaldırılması zamanı qəza və axtarış-xilasetmə işlərinin təşkili, təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
Avtosfer.az xəbər verir ki, təlimə FHN-in Muğan Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupunun və “Salyan Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının texnikası və şəxsi heyəti cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi və suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti olaraq deformasiyaya uğramış avtonəqliyyat vasitələrindən “zərərçəkmişlər xilas edilib”, həmçinin “suda boğulma təhlükəsi ilə üzləşmiş şəxs” sudan çıxarılaraq “ilk yardım” göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












