Hərbi komisar və şöbə rəisi rüşvətə görə həbs edildi - RƏSMİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Abbasov Nurlan Səxavət oğlu, həmin şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Usubəliyev Şahlar Usubalı oğlu və qeyd edilən bölmənin zabiti İsmayılov Taleh Rizvan oğlunun qanunsuz əməllərinə dair keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, istintaq və əməliyyat-axtarış tədbirləri Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılovun 2025-2026-cı illərdə müvafiq vəzifələrdə işləyərkən xaricdə təhsillə bağlı hüquqi əsas olmadan möhlət hüququnun verilməsi və ölkədən çıxışa məhdudiyyətin tətbiq olunmaması, əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxsin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində istəmələri və almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Nurlan Abbasov, Şahlar Usubəliyev və Taleh İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barələrində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilib.
Abel Məhərrəmovun səfir oğlu GERİ ÇAĞIRILDI
Bakıda altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
8 aylıq hamiləni yarıyolda düşürdən sürücü CƏZALANDIRILDI - VİDEO
Metronun "Koroğlu" stansiyasının yaxınlığındakı qanunsuzluğun İFŞASI - VİDEO
Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA
Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ
Park yeri uğrunda mübahisə: Qadın stulda oturub avtomobilə mane oldu - VİDEO
Paytaxtın daha üç küçəsində TƏMİR İŞLƏRİNƏ BAŞLANILIR
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Bakının hansı küçə və prospektlərində TƏMİR GEDİR?
Bakıda peyda olan "beynəlxalq hüquq müdafiəçisi" David Seliverstov kimdir? – SENSASİON detallar - FOTO










