Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı - AÇIQLAMA - FOTO

Azərbaycanda hərbi xidmət müddətinin gələcəkdə azaldılması və ya ödənişli hərbi xidmət modelinin tətbiqi ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Xüsusilə regionda və dünyada təhlükəsizlik vəziyyətinin mürəkkəbləşməsi fonunda bu məsələnin yaxın perspektivdə aktuallaşıb-aktuallaşmayacağı maraq doğurur.
Bəs hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət modelinə keçid yaxın gələcəkdə real görünürmü?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, mövcud geosiyasi və hərbi vəziyyət fonunda belə bir dəyişiklik yaxın perspektivdə real görünmür.

“Dünyanın bir çox yerində kifayət qədər genişmiqyaslı müharibələr, münaqişələr və toqquşmalar davam edir. Bütün səylərə baxmayaraq, bu münaqişələrin miqyası azalmaq əvəzinə daha da genişlənir. Mövcud təhlükəsizlik reallıqları fonunda Azərbaycanın yaxın illərdə hərbi xidmətlə bağlı güzəştlərə getməsi və ödənişli xidmət modelinə keçməsi ehtimalı aşağı qiymətləndirilir”, – deyə ekspert bildirib.
Ə.Verdiyev qeyd edib ki, gələcəkdə regionda təhlükəsizlik vəziyyətinin sabitləşməsi və Azərbaycanın qarşılaşdığı hərbi risklərin azalması fonunda hərbi xidmət müddətinin azaldılması məsələsinə yenidən baxılması mümkündür.
“Təbii ki, gələcəkdə Ermənistanla sülh sazişi imzalandıqdan, münasibətlər tam normallaşdıqdan və ətrafımızda davam edən müharibə, münaqişə və toqquşmalar başa çatdıqdan sonra Azərbaycan bir çox məsələləri, o cümlədən hərbi xidmət müddətinin azaldılmasını müzakirə edə bilər”, – deyə hərbi ekspert vurğulayıb.
Ekspert ödənişli hərbi xidmət modelinin tətbiqi ilə bağlı da ehtiyatlı mövqe nümayiş etdirib. Onun sözlərinə görə, hazırkı təhlükəsizlik şəraitində Azərbaycanda belə bir modelə keçid gözlənilmir.
Beləliklə, hərbi xidmət müddətinin azaldılması və ödənişli hərbi xidmət modelinin tətbiqi daha çox ölkənin gələcək təhlükəsizlik mühitindən asılı məsələ kimi görünür. Regionda davamlı sülh və sabitliyin təmin olunması, hərbi risklərin minimuma endirilməsi gələcəkdə bu istiqamətdə yeni qərarların müzakirəsinə zəmin yarada bilər.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












