İki ölkənin gəmilərinin Hörmüzdən keçidini qadağan etmək istəyirlər

İran parlamenti ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsini qadağan edən qanun layihəsini nəzərdən keçirir.
Avtosfer.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Salimi açıqlama verib.
“Hörmüz boğazının və Fars körfəzinin təhlükəsizliyinin təmin edilməsi və dayanıqlı inkişafına dair strateji tədbirlər haqqında” Qanun layihəsinin mətni hazırda Milli Təhlükəsizlik Komitəsində nəzərdən keçirilir”, - Səlimi deyib.
Onun sözlərinə görə, qanun layihəsinə əsasən, ABŞ, İsrail və düşmən hesab edilən digər dövlətlərə məxsus gəmilərin Hörmüz boğazından keçməsi qadağan ediləcək.
O qeyd edib ki, İrana zərər vuran ölkələr dəymiş ziyanı tam ödəyənə qədər Hörmüz boğazından və Fars körfəzindən keçmək üçün icazə ala bilməyəcəklər.
Xatırladaq ki, daha əvvəl İran və Omanın Hörmüz boğazından təhlükəsiz keçidi təmin edəcək yeni marşrutun coğrafi koordinatları ilə bağlı razılığa gəldikləri barədə xəbər yayılmışdı.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












