İsraildə "Qafqaz mafiyası"nın başçısı qətlə yetirilib

İsraildə "Qafqaz mafiyası" kimi tanınan kriminal qruplaşmanın 45 yaşlı rəhbəri, əslən Rusiyadan olan Yanis Yuşvayev güllələnərək öldürülüb.
Avtosfer.az xəbər verir ki, Yanis Yuşvayev Qeysəriyyə şəhərindəki "Agenda" kafesinin yaxınlığında hücuma məruz qalıb. Məlumata görə, hücum edən şəxs özünü təqaüdçü kimi göstərərək Yuşvayevi pusquya salıb.
Qətldən sonra silahlı şəxs mafiozun müşayiətçilərinə tərəf də bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Məlumata görə, Yuşvayevə qarşı ilk sui-qəsd cəhdi 2015-ci ildə baş verib. Son dövrlərdə onun digər kriminal avtoritetlərlə kəskin qarşıdurması olduğu bildirilir. Rəqiblərinin onun başına 1 milyon şekel (təxminən 566 950 manat) mükafat qoyduğu qeyd edilir.
2026-cı ilin fevralında Yuşvayev rəqiblərinə qarşı hücum hazırlamaqda şübhəli bilinərək İsrailin Ben-Qurion hava limanında saxlanılmışdı.
Yuşvayev İsrailin mərkəzi rayonlarına nəzarət edən kriminal qruplaşmanın rəhbəri olub. Qruplaşmanın tərkibində Qafqazmənşəli şəxslərin çoxluq təşkil etməsi səbəbindən ona "Qafqaz mafiyası" adı verilib. (oxu.az)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












