KMBİ-dən hüquq-mühafizə orqanlarının adı ilə kiberdələduzluğa qarşı ƏMƏLİYYAT - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və "WhatsApp" ani mesajlaşma hesabları vasitəsilə dövlət qulluqçuları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla törədilən çoxsaylı kiberdələduzluq hallarına qarşı əməliyyat keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Tədbirlərlə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlbir olaraq qeyd edilən cinayət əməllərində şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvləri ilə əlaqə yaradaraq onları yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyətlərdə istifadə etdikləri bank kartları və digər məlumatlarla təmin ediblər.
Həmin şəxslər tərəfindən onlayn satışı təşkil edilən mobil nömrə və bank kartlarından qeyd edilən kibercinayət əməllərinin törədilməsində istifadə olunduğu müəyyən edilib.
Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz yolla əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin qeyd olunan cinayətkar əməllərə yönləndirildiyi aşkarlanıb. Həmin kart və mobil nömrələrin bəzilərinin qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı istifadə edildiyi də məlum olub.
Bildirilib ki, hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər aparılır. Xarici ölkələrdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində də tədbirlər davam etdirilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS













