Müəllimlər saathesabı yox, tam iş günü çalışacaq - Vəfa Yaqubludan maaşlarla bağlı AÇIQLAMA

“Gələcək hədəflərdən biri də yeni təmayül tədris modelinə keçən məktəblərdə tam ştatlı müəllim modelinin tətbiqidir”.
Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, bu modelə əsasən, müəllimlər saathesabı deyil, tam iş günü əsasında fəaliyyət göstərəcəklər. Onlar səhər saat 09:00-dan 16:00-dək məktəbdə olacaq, orta hesabla həftəlik 25–27 akademik saat dərs keçəcəklər. Qalan vaxt ərzində isə geriləyən şagirdlərlə əlavə məşğələlər aparacaq, sınaq imtahanlarının təşkili, fərdi məsləhətlər və digər akademik fəaliyyətlərlə məşğul olacaqlar.
Direktor müavini qeyd edib ki, bu yanaşma şagirdlər üçün də əlavə üstünlük yaradır:
“Onlar dərsdən sonra da müəllimlərinə müraciət edərək çətinlik çəkdikləri mövzular üzrə məsləhət almaq imkanı əldə edə biləcəklər. Eyni zamanda tam ştatlı müəllimlərin əməkhaqqısının da orta aylıq əməkhaqqından yüksək olması nəzərdə tutulur”./redaktor.az
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












