Öldürdüyü ərlərinin sayını özü də xatırlamır: “Qara dul”a AĞIR CƏZA

İranda “Qara dul” ləqəbi ilə tanınan 56 yaşlı Kolsum Əkbəri yaşlı kişilərlə evlənərək onları öldürməkdə təqsirli bilinib.
Avtosfer.az xəbər verir ki, təxminən 20 il davam edən cinayətlərin qurbanlarının dəqiq sayı məlum deyil. Əkbəri ən azı 10 nəfərin qətlinə görə 10 ayrı ölüm cəzasına məhkum edilib. Qurbanların ümumi sayının isə 12-dən çox ola biləcəyi bildirilir.
İstintaq məlumatlarına görə, qadın əsasən yaşlı və imkanlı kişilərlə evlənib. O, ərlərinə sənaye spirti, sakitləşdirici və müxtəlif dərmanlar verərək onları zəhərləyib, bəzi qurbanlarını isə boğaraq öldürüb. Cinayətlərin əsas səbəbinin maddi qazanc olduğu qeyd olunur. Əkbəri qurbanlarına məxsus qızıl, pul və digər qiymətli əşyaları ələ keçirib.
Cinayət silsiləsi qadının 82 yaşlı sonuncu əri Qulamrza Babayinin 2023-cü ildə şübhəli şəkildə ölməsindən sonra üzə çıxıb. Babayi ölümündən əvvəl ailəsinə həyat yoldaşının onu dərman qəbul etməyə məcbur etdiyini söyləyib. Bundan sonra başlanan araşdırma zamanı Əkbərinin əvvəlki həyat yoldaşlarının ölümləri də yenidən araşdırılıb.
Qadının müxtəlif şəhərlərdə yaşaması və qurbanlarının ayrı-ayrı bölgələrdə ölməsi cinayətlərin uzun müddət aşkar edilməməsinə səbəb olub.
Əkbərinin istintaqa verdiyi ifadədə öldürdüyü şəxslərin dəqiq sayını xatırlamadığını söylədiyi bildirilir. O, qurbanlarının sayının 13 və ya 15 ola biləcəyini etiraf edib.
Məhkəmədə qətlə yetirilən 10 kişinin ailəsi “qisas” prinsipi əsasında qadının edam olunmasını tələb edib. Ailələrdən biri isə ölüm hökmünün əvəzinə qan pulu almağa razılaşıb. (Sfera)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












