“Reklam lövhəsi” deyib keçməyək, yazılanı icra edək... - VİDEO

Baş Prokurorluğun təşəbbüsü ilə Bakı Metopoliteninin (xüsusilə gənclərin-tələbələrin) çox istifadə etdiyi stansiyalarda, habelə paytaxtın mərkəzi küçələrində, Avtovağzal Kompleksində, Dənizkənarı Milli Parkda aidiyyəti qurumların yaxından dəstəyi ilə “Narkotiklərə Yox De” adlı məlumat lövhələri quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, Baş Prokurorluğun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Bəhruz Qədirli “Real Tv”yə müsahibəsində bildirib ki, lövhələri əhalinin sıx olduğu nöqtələrdə yerləşdirməkdə əsas məqsəd insanların xüsusilə gənclərin maariflənməsi və narkotikin sağlamlığa mənfi təsirləri barədə ətraflı məlumat almasıdır.
“Dünya ölkələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir. Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyənləşib. Bu sahədə müvafiq tədbirlər mütəmadi olaraq davam etdirilir. Prokurorluq və digər hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilərək məhkəmə məsuliyyətinə verilir.
Sonuncu dəfə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı”nda bir sıra qurumların üzərinə müxtəlif vəzifələrin həlli qoyulub. Burada təşkilatı və beynəlxalq tədbirlərin həyata keçirilməsi ilə yanaşı, eyni zamanda maarifləndirmə tədbirləri də vəzifə kimi qoyulub”, - deyə Bəhruz Qədirli qeyd edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












