Şoumen axtarışa verildi

Rusiya İstintaq Komitəsi (İK) şoumen və komik Semyon Slepakova qarşı qaldırılmış cinayət işinin istintaqını yekunlaşdırıb.
Avtosfer.az xəbər verir ki, bu barədə TASS-a Rusiya İK-nin mətbuat xidmətindən bildirilib.
Şoumen xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərin icrasından boyun qaçırmaqla təqsirləndirilir. İstintaqın məlumatına görə, Slepakov xarici agent funksiyasını yerinə yetirən fiziki şəxsin fəaliyyət qaydasını pozduğuna görə bir il ərzində iki dəfə inzibati məsuliyyətə cəlb edilib. Bununla belə, o, Rusiyadan kənarda olarkən xarici agent fəaliyyəti qaydalarını pozaraq, sosial şəbəkələrin birində xarici agent tərəfindən hazırlandığına dair müvafiq xəbərdarlıq qeydi olmadan materiallar yayıb.
"Təqsirləndirilən şəxsə qiyabi olaraq ittiham irəli sürülüb və o, axtarışa verilib. İstintaqın vəsatəti ilə onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib. İstintaq tərəfindən şəxsin bu əməli törətməsini ifşa edən sübutlar əldə edilib, bununla əlaqədar cinayət işi məhkəməyə göndərilməsi üçün təqdim olunub", - deyə məlumatda vurğulanır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












