Türkiyədə çökdürülən Süleymançıların AZƏRBAYCANDA FƏALİYYƏTİ VARMI?

Türkiyədə Süleymançılar kimi tanınan dini cərəyanla bağlı keçirilən əməliyyatlardan sonra bu qruplaşmanın Azərbaycanda fəaliyyətinin olub-olmaması ilə maraqlandıq.
Avtosfer.az xəbər verir ki,Türkiyədə Alihan Kurişin rəhbərlik etdiyi Süleymançılar qrupu onlara qarşı keçirilən əməliyyatlarla çökdürülüb. Əməliyyat zamanı qrupun fəaliyyəti, maliyyə əlaqələri və müxtəlif şəhərlərdəki strukturları ilə bağlı araşdırmalar aparıldığı bildirilir. Məsələ Azərbaycanda da maraq doğurur. Çünki Süleymançılar kimi tanınan dini cərəyanın ölkəmizdə də müxtəlif formalarda fəaliyyət göstərdiyi barədə məlumatlar var.
Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu göndərmişdik. Nəhayət, sorğumuza qurumdan cavab gəlib.
Dövlət Komitəsindən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Süleymançılar” kimi tanınan dini cərəyanla əlaqəli hər hansı dini qurum Komitə tərəfindən dövlət qeydiyyatına alınmayıb.
Qeyd olunub ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, bütün dini qurumlar yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Komitənin məlumatına görə, dini icmaların fəaliyyət göstərməsi üçün də qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl olunmalıdır.
Dövlət Komitəsi həmçinin bildirib ki, hazırda Azərbaycanda mədrəsə statusunda fəaliyyət göstərən dini təhsil müəssisəsi mövcud deyil. Dini sahə üzrə ali və orta ixtisaslı kadrların hazırlanması Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecində həyata keçirilir.
Komitədən bildirilib ki, qanunvericiliyə əsasən, dini qurumlar tərəfindən müqəddəs kitabların öyrənilməsi üzrə kurslar yalnız həmin dini qurumların nizamnamələrinə uyğun olaraq və tabe olduqları dini mərkəzlərin razılığı ilə yaradıla bilər. Belə kursların yaradılması barədə Dövlət Komitəsinə məlumat təqdim olunmalıdır.
Qeyd edilib ki, dövlət qeydiyyatına alınmamış dini qurumların müqəddəs kitabları öyrənmə kursları təşkil etmək hüququ yoxdur.
Dövlət Komitəsi ölkədə dini etiqad azadlığının təmin olunması, dini qurumların fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkili, dini zəmində yarana biləcək təhdidlərin qarşısının alınması və sağlam dini mühitin qorunması istiqamətində aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər həyata keçirir.
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO










