Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

“NovaMed” klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər”.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya adının çəkilməsini istəməyən vətəndaş müraciət edib.
Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyə İlyasova barəsində istintaq tədbirləri görülərkən “NovaMed”i rəfiqəsinin adına açıb və rəhbərliyi şəxsən özü edib: “Mən 2024-cü ilin sentyabrında orada işə başladım. İşi təhvil verəndə ödənişimin yarısını etdilər, amma 1020 manatımı kəsdilər. Dəfələrlə klinikaya getdim, Ülviyyə xanım mənə deyirdi ki, işi Etibarla danışmısan, pulu ondan al. Etibar Ülviyyənin sağ əli idi. Etibar da deyirdi ki, mənə nə qədər pul veribsə, mən də sənə o qədər ödəyə bilirəm. Beləcə, işi bir-birlərinin üstünə atıb, pulumu ödəmədilər. Ülviyyə xanım həbs olunsa belə, bütün heyəti hazırda həmin klinikada çalışır”.
Məsələ ilə bağlı “NovaMed” klinikasına sorğu ünvanladıq. Cavab belə oldu: “Onun bizə aidiyyəti yoxdur axı. Usta ilə Ülviyyə xanım və Etibar bəy danışıblar. Ustanı “NovaMed” klinikası çağırtdırıb iş gördürməyib. Bundan əlavə, artıq nə Ülviyyə xanım, nə də Etibar bəy buradadır. Məsələn, burada işləyən bir həkim öz otağını təmir etdirmək istəyirsə, ödənişi özü etməlidir, klinika yox”.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə saytımıza bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Xidmətə müraciət daxil olmayıb: “Məsələnin araşdırılması üçün vətəndaşın Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi qaydada müraciət etməsi tövsiyə olunur”.
Qeyd edək ki, Ülviyyə İlyasova qanunsuz tibbi fəaliyyəti ilə bağlı bu il aprelin 8-də həbs edilib. Məhkəmənin hökmü ilə Ü. İlyasova 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilib.
Ü.İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilib. Bundan başqa, o, qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyova Sabir qızının səhhətinə də zərər vurub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












