Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO

Lizinq şirkəti ilə vətəndaş arasında narazılıq yaranıb.
"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən Murad Qədimov iddia edir ki, taksi fəaliyyəti ilə bağlı "Xalq 11" lizinq şirkətindən 8 avtomobil alıb.
Xezerxeber.az-ın məlumatına görə, şikayətçi deyir ki, 14 iyul 2025-ci il tarixində hər avtomobil üçün 8 min manat ilkin ödəniş edib. 10 gün sonra müqavilələr imzalanaraq təqdim edilib. Murad Qədimovun iddiasına əsasən, avqust ayının 5-i tarixinədək şirkətlə əlaqə saxlaya bilməyib.
Murad Qədimov ödənişlərdə gecikmələrin yarandığını bildirir. Buna səbəb isə avtomobillərin icarədə olması, icarəhaqlarını isə hər ayın 5-i tarixində aldığını deyir. O, bir neçə ay sonra maddi sıxıntısı yarandığı üçün avtomobillərdən 3 ədədini satmaq qərarı alıb.
Müsahibin sözlərinə görə, 2-3 ay ərzində yol vərəqləri verilmədiyindən, avtomobillər yol patrul xidmətinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.
Murad Qasımovun iddiasına görə, onun xəbəri olmadan şirkət tərəfindən avtomobillər duracaqdan çıxarılıb və satışa qoyulub.
Vətəndaşın iddialarına cavab almaq üçün "Xalq 11" lizinq şirkəti ilə əlaqə saxladıq. Bildirildi ki, onlara poçt vasitəsi ilə müraciət edək. Əlavə məlumat verilmədi.
Murad Qədimov məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da müraciət edəcəyini bildirir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS













