Zəngəzur dəhlizinə o rəhbərlik edəcək – TƏYİNAT

ABŞ Dövlət Departamenti tərəfindən Zəngəur dəhlizində həyata keçiriləcək tikinti işləri üçün yaradılan “Tripp+ Enterprise Fund” fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolob rəhbər təyin olunub.
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, ilkin kapitalı 201 milyon dollar olan fond ABŞ-nin təşəbbüsü olan TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsinin maliyyələşdirilməsi üçün yaradılıb. Layihə Azərbaycan, Ermənistan və Mərkəzi Asiyanı əhatə edən yeni nəqliyyat, enerji və logistika marşrutlarının inkişafına yönəlib.
Sokolov Çikaqoda yaşayan tanınmış investor və Respublikaçılar Partiyasının ən böyük donorlarından biridir. O, Donald Trampın ikinci prezidentlik dövründə Respublikaçılara 12 milyon dollardan çox vəsait bağışlayıb.
Yeni fondun vəsaitləri nəqliyyat dəhlizləri, dəmir yolları, enerji infrastrukturu, kritik faydalı qazıntılar, data mərkəzləri və logistika layihələrinə yönəldiləcək.
Konstantin Sokolov regionda artıq ciddi biznes maraqlarına malikdir. O, Ermənistanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan Viva Armenia-nın səhmdarlarından biridir. Bundan əlavə, enerji və rəqəmsal infrastruktur sahəsində fəaliyyət göstərən Northern Pillar Energy Consortium və Pelagos Data Centres şirkətlərində rəhbər vəzifələr tutur. ABŞ və İsveçrədə fəaliyyət göstərən investisiya şirkətlərinin təsisçisi kimi enerji, telekommunikasiya və infrastruktur layihələrinə milyardlarla dollar yönəldib.
ABŞ administrasiyası hesab edir ki, TRIPP layihəsi regionda yeni ticarət, tranzit və enerji marşrutlarının formalaşmasına təkan verəcək. Layihə çərçivəsində dəmir yolu, enerji və logistika infrastrukturunun qurulması, həmçinin Zəngəzur dəhlizi istiqamətində iqtisadi inteqrasiyanın gücləndirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Rusiyada doğulan Konstantin Sokolov 1997-ci ildə, 21 yaşında ABŞ-yə köçüb. O, fəaliyyətinə telekommunikasiya sektorunda başlayıb, daha sonra enerji, infrastruktur və maliyyə sahələrində böyük investisiya layihələrinin rəhbərlərindən birinə çevrilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












