*9933 şikayət: baş tutmayan gedişə görə niyə komissiya alınır? – RƏSMİ AÇIQLAMA

Avtosfer.az-a müraciət edən vətəndaşlardan biri *9933 taksi şirkətindən şikayətçi olub. Vətəndaş deyir ki, sürücü kimi şirkətlə çalşır. Lakin ciddi bir problemlə qarşılaşır. Belə ki, sifarişdən sonra hər hansı səbəbdən gediş alınmayanda şifariş məbləğindən sürücü üçün nəzərdə tutulmuş komissiya məbəği çıxılır. Vətəndaş deyir ki, digər şirkətlərdə qəza, nasazlıq, yaxud hər hansı bir obyektiv səbəbdən gediş ləğv olunursa sürücüdən nəzərdə tutulmuş komissiya məbləği tutulmur. Lakin *9933 taksi şirkəti şifariş qəbul olunan kimi ilk olaraq şirkət komisiyasını sürücünün balansına yazır.
*9933 taksi şirkətinin səlahiyyətli nümayəndəsi Ruslan Məhərrəmov Avtosfer.az-a bildirib ki, bu şirkət qaydaları çərçivəsindədir. “Biz sürücüləri işə qəbul edən zaman onlara bütün zəruri izah və məlumatları veririk. Tətbiq olunan bu qayda sürücü məsuliyyətini artırmaq üçündür. Çünki dəfələrlə sürücü məbləğin az olması, yaxud digər şəxsi səbəbinə görə gedişdən imtina edib və müştərini yağışda, soyuqda, yaxud isti havada gözlədib. Bu isə şirkət olaraq bizim imicimizə mənfi təsir edir.”
Ruslan Məhərrəmov onu da əlavə edib ki, sürücünün qeyd etdiyi hallar baş verdikdə bu mütləq nəzərə alınır. “Biz sürücülərə imtina səbəbləri ilə bağlı şikayətləri olanda şirkətə yaxınlaşmağı tövsiyə edirik. Təbii ki, məsələ yerində araşdırılır və sürücü həqiqətən də obyektiv səbəbdən gedişi ləğv edirsə bu məbləğ ona qaytarılır.”
Nəzrin Sailqızı
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












