Baqaja "kubik" yığıb maşının qabağını qaldıran sürücülərə cərimə yazıla bilər?

Bəzi sürücülər avtomobilin arxasının aşağı, ön hissəsinin isə yer səthindən yuxarı olması üçün konstruksiya dəyişikliyi edirlər. Lakin bunun qadağan olduğunu bilənlər, yük yerində sement, qum və ya mişar daşı apararaq eyni görüntünü yaratmaq istəyirlər. Həmin sürücülər bəzi hallarda yol polisi tərəfindən saxlanılaraq cərimə olunduqlarını və avtomobilin mühafizə olunan duracağa aparıldığını bildirirlər.
Bəs bu əmələ görə sürücüyə cərimə yazıla bilər?
Avtosfer.az xəbər verir ki, hər bir nəqliyyat vasitəsinin istehsalçısı yük yerində çəki parametrləri müəyyən edib. İcazə verilmiş normadan artıq yük daşımağa görə isə inzibati məsuliyyət nəzərdə tutulub. Yük yerində mişar daşı və ya digər tikinti materiallarının daşınmasına heç bir qadağa yoxdur. Lakin daşınan yük icazə verilmiş normadan artıq olarsa, o zaman sürücü məsuliyyətə cəlb edilə bilər. Məsələn, standart mişar daşının çəkisi 16-25 kq aralığında olur. "Niva" markalı avtomobilin istehsalçısı 400 kq yük götürmə norması müəyyən etdiyindən, həmin maşının yük yerində 5-6 mişar daşı aparan sürücü təbii ki, cərimələnə bilməz. Çünki 6 ədəd mişar daşı maksimum 150 kq edir. Yol polisi isə sürücünü saxlayarkən "niyə yük daşıyırsan"?- deyə irad bildirə bilməz. Çünki, istehsalçı zavod yük yerini məhz yük daşınması üçün nəzərdə tutub.
Lakin müəyyən edilmiş normadan artıq yük daşınması sübut olunarsa, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə oluna bilər.
Qeyd: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2022-ci il kiçik qrant müsabiqəsi”ndə qalib olmuş “Yol hərəkəti təhlükəsizliyi: hüquqi yardım və maaifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.
Nərminə Əli
Sürücülər bu qayda pozuntusuna görə 150 manat cərimələnəcək - Çoxunun xəbəri yoxdur - VİDEO
Sığortanın bitməsi ilə bağlı SMS gəlməyibsə cərimə yazıla bilər? – AÇIQLAMA - VİDEO
Maşını olanların NƏZƏRİNƏ: Bu nömrələrin dəyişdirilməsi...- RÜSUM NƏ QƏDƏRDİR?
Azərbaycandakı bu qanunda dəyişikliyin edilməsinə ehtiyac var? - AÇIQLAMA
Maneənin üzərindən keçərkən bu səhvə yol verməyin – TÖVSİYƏ - VİDEO
Bu ölkədə şagirdlərə qarşı fiziki gücdən istifadə qanuniləşdirilir
Dönmə zamanı bu səhv tıxaca səbəb olur: Sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Bu küçədə yaşıl işıq yanan kimi tələsməyin: Qəza riski var – VİDEO
Sığortası olmayan maşın qəzaya düşsə, cərimə oluna bilər? - İZAH - VİDEO
Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM
Xətai prospektində kəsişmənin yeni sxemi necə işləyir? – AÇIQLAMA - VİDEO













