Aramsız yağışlar maşınlara necə ziyan vurur? – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ - FOTO

Son illərdə fəsillərin dəyişkənliyi və qəfil leysan yağışları Bakı da daxil olmaqla bir çox bölgədə avtomobil sahibləri üçün ciddi problemlərə səbəb olur.
Avtosfer.az xəbər verir ki, daşqınlar zamanı suyun avtomobilə daxil olması, onun texniki vəziyyətinə ciddi zərər vurur. Əgər avtomobiliniz su altında qalıbsa və siz onu dərhal işə salmağa çalışırsınızsa, bu, əlavə xərclərlə nəticələnə bilər.
Avtomobilin suya düşməsi zamanı ilk risk mühərriklə bağlıdır. Suyun səviyyəsi 20 santimetri keçdikdə, avtomobilin alt hissəsi təsirlənir, daha dərin suda isə mühərrikə su daxil olur. Su silindrlərə çatarsa, yanma prosesi baş vermir, mühərrik dayanır və iç hissələrdə zədələnmələr yaranır. Bu da ciddi təmir işləri və yüksək xərclərlə nəticələnə bilər.

Mühərriki yenidən işə salmazdan əvvəl bir neçə vacib addım atmaq lazımdır. İlk olaraq, akkumulyator ayırılmalı, daha sonra hava filtri və şamlar çıxarılmalıdır. Həmçinin yağ və yağ filtri dəyişdirilməli, elektrik naqillərinin tam quruduğuna əmin olunmalıdır. Çünki avtomobildə yerləşən mühüm elektron hissələr – oturacaq altı, kapot və baqaj hissəsindəki sistemlər su ilə təmas etdikdə qısaqapanma baş verə bilər. Bu da avtomobilin ümumi işinə ciddi təsir göstərə bilər.
Bundan əlavə, elektrik sisteminə su daxil olarsa, bu problemin nəticələri dərhal görünməyə bilər. Zamanla sistemin sıradan çıxmasına, hətta avtomobilin ümumiyyətlə işə düşməməsinə səbəb ola bilər.
Yanacaq sistemində də təhlükə var. Su yanacaq çəninə daxil olarsa, avtomobil zəif işləyə və ya tamamilə işə düşməyə bilər. Belə hallarda yanacaq çəninin tamamilə boşaldılması və təzə yanacaqla doldurulması tövsiyə olunur.
Əyləc sistemi də daşqınlardan zərər görə bilər. Çöküntülər və su bu hissəyə daxil olaraq əyləc effektini azalda bilər. Xüsusilə əyləc mayesinin xüsusiyyətləri dəyişdiyindən qəza riski artır. Buna görə də əyləc mayesinin də yoxlanılması və lazım gəlsə dəyişdirilməsi vacibdir.
Bütün bu riskləri nəzərə alaraq, daşqından sonra avtomobilə mütləq usta baxışı tələb olunur. Əks halda, görünməyən problemlər daha sonra daha böyük zərərlə qarşınıza çıxa bilər.
Eltac Zülfüqaroğlu
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












