Avtomobildə bunu mütləq dəyişin: yolda qala bilərsiniz

Avtomobildə yanacaq nasosu xüsusi əhəmiyyət kəsb edir. Bir çox hallarda keyfiyyətsiz yanacaq sözügedən detalda problemlər yaradır ki, bu da sürücünü yolda qoya bilər.
Avtosfer.az-a danışan Etibar usta deyir ki, vaxtında müdaxilə olmadıqda müxtəlif fəsadlar baş verir: "Bəzi avtomobillərdə mikro kəfkir olur ki, benzinin nasosa daxil olan hissəsində yerləşir. Əlavə elementlərin nasosa daxil olmasının qarşısını alır. Amma müəyyən müddətdən sonra bu kəfkir dolur. Nəticədə nasos yanacağı çəkə bilmir. Təbii ki, belə olan halda avtomobil hərəkətdən qalır."
Usta deyir ki, tez müdaxilə olduqda nasosun özü zərər görmür: "Yanacaq filtri, mikrofilter vaxtında dəyişdikdə nasosda problem yaranmır. Sadəcə, təmizlənir və işlək vəziyyətdə olur. Amma bunlar edilmədikdə nasosun özü yana bilər. Nəticədə sürücü daha çox xərcə düşür".
Etibar usta bildirir ki, cəmi 2-5 manata olan bu filtrlər dəfələrlə bahalı nasosu qoruyur: "Bəzən sürücülər diqqətsiz olurlar. Nəticədə daha çox ziyan görürlər. Tövsiyə olunur ki, hər yağ dəyişən zaman yanacaq filteri də dəyişilsin. Eyni zamanda vaxtaşırı benzin nasosun açıb təmizləmək, mikrofilter varsa, dəyişmək məsləhətdir".
Nəzrin
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












