Avtomobildə olan hansı dəyişikliklər "texpasportda" yazılmalıdır?

Bəzən sürücülər yol polisinin onları saxladığını və avtomobildə olan konstuksiya dəyişikliyinin qeydiyyat şəhadətnaməsində qeyd olunmasının zəruriliyini bildirirlər. Həmçinin yol polisi əməkdaşının buna görə maşının cərimə meydançasına getməli olduğunu bildirdiyini idda edirlər. Bəs texniki şəhadətnamədə hansı məlumatlar qeyd olunmalıdır? Hansı dəyişikliklər baş verdikdə bunun sənəddə öz əksini tapması zəruridir? “Yol hərəkəti haqqında” qanunun 28-ci maddəsi bunu müəyyən edir. Belə ki:
1) nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi;
2) nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatının tarixi;
3) nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri;
4) nəqliyyat vasitəsi istehsalçısının adı və ya markası;
5) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi;
6) nəqliyyat vasitəsinin icazə verilmiş maksimum kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün);
7) nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün);
8) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) .
Yəni, bu qeyd olunanlardan əlavə hər hansı qanuni dəyişiklik olarsa qeydiyyat şəhadətnamədə öz əksini tapması lazım deyil.
Lakin qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” bölməsində reysterə daxil olan məlumatlar dəyişdirildikdə bu haqda qeydlər aparılır. Məsələn, avtomobil benzin mühərriklidirsə və biz ona qaz quraşdırmışıqsa bu mütləq qeyd olunmalıdır.
Orxan
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












