Avtomobili qışa necə hazırlamaq lazımdır?

Azərbaycanda artıq qış fəsli başlayıb. Bu isə sürücülərin avtomobilini qış rejminə hazırlamasını qaçılmaz edir.
Qarlı və yağışlı hava şəraitində avtomobil idarə etmək təhlükəlidir.
Bunu Trend-ə avtomobil təmiri sahəsində tanınmış mütəxəssis olan, “Sahil usta” adı ilə tanınan Sahil Ağabəyli bildirib.
Onun sözlərinə görə, ilk növbədə məsləhət görərdim ki, sürücülərimiz avtomobillərin təkərləri dəyişərək, qış təkərinə keçsinlər.
O bildirib ki, qışda mütləq şəkildə qarda və buzda gedə bilən təkərlərdən istifadə edilməlidir ki, tıxacda olarkən, yüksəkliklərə qalxarkən və ya enişdən enərkən problemlər yaşanmasın. Lakin qış təkərlərinə keçməzdən öncə avtomobilin ön və arxa hissədə olan çatışmazlıqlar aradan qaldırılmalıdır. Təkərlə yanaşı qış rejiminə keçid zamanı digər mexanizmlərə də diqqət edilməlidir. Belə ki, qış aylarında yaş asfaltda avtomobilin sürüşməsi halları olsa da, yay aylarında bu baş vermir. Bu səbəbdən avtomobilin şassisində "şarovoy" dediyimiz kürəvi və yaxud “tyaqa”ların hər hansının problemi varsa, bunları dəyişsinlər. Həmçinin avtomobili "razval" etdirdikdən sonra təkərləri dəyişsinlər ki, qışda problem yaşamasınlar".
Ustanın sözlərinə görə, avtomobili qış rejminə hazırlayarkən təkərlərlə yanaşı, maşında istifadə edilən yağların da dəyişdirilməsinə ehtiyac var:
"Sürücülərin çoxu yay aylarında mineral yağlardan və yaxud yarımsintetik yağlardan istifadə edirlər. Qış aylarında avtomobillərin yayda işlətdiyi yağlardan istifadə etmək düzgün deyil. Havalar soyuyanda sürücülərin sintetik yağlardan istifadə etməyi məsləhət görülür. Bu mühərrikin tez işə düşməsini təmin edəcək".
Onun sözlərinə görə, qış aylarından sürücülərin tez-tez rastlaşdığı problemlərdən biri də mühərrikin donmasıdır. "Mühərrikdə yaranan donmanın qarşısını almaq üçün antifriz maddəsi dəyişilməlidir. Qış mövsümü gələn zaman antifrizi tamamilə dəyişmək mütləqdir. Ola bilsin ki, sürücü yay aylarında buxarlanma olduğu üçün onun üzərinə su əlavə edə bilər. Belə olan hallarda qışda dəyişsələr daha yaxşı olar. Hərə öz ustasına yaxınlaşıb, antifrizin tərkibini yoxlatdırmalıdır. Antifriz madddəsinin neçə dərəcədə donması xüsusi aparatla ölçülür. Normada bu maddə şaxtaya dözümlü olmalıdır. Əgər standartlara uyğun deyilsə, donmağa həssas olan maddə tamamilə mühərrikdən çıxarılmalıdır."
Sürücü telefona baxdığı 2 saniyədə avtomobili nə qədər idarə edir? – VİDEO
Yağıntılı havada avtomobilin arxası sürüşərsə nə etmək lazımdır? - AÇIQLAMA
“STOP” nişanına görə cərimələnməmək üçün nə etmək lazımdır? – TÖVSİYƏ - VİDEO
Sürücülərin nəzərinə! - Avtomobil yollarında vəziyyət AÇIQLANDI
Dəmir yollarında təhlükəsizlik məsələsi necə həll oluna bilər? – DEPUTAT - VİDEO
Sürücülük vəsiqəsinin vaxtı keçən sürücünü hansı cərimə gözləyir – QANUN NƏ DEYİR? – VİDEO
100 km/saat sürət yığan elektrik vasitəsi velosiped zolağında hərəkət edə bilər? – ARAŞDIRMA – VİDEO
Şəhər daxilində ən təhlükəsiz hərəkət zolağı hansıdır? – TÖVSİYƏ – VİDEO
17 yaşında sürücülük vəsiqəsi almaq olar – QANUN NƏ DEYİR? – VİDEO
Döngədə avtobusun yanında dayanmaq niyə təhlükəlidir? – İZAH - VİDEO
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT












